“Sədərək” ticarət mərkəzindəki yanğın söndürülüb – YENİLƏNDİ

flash Hadisə qəza SON XƏBƏRLƏR
Loading...

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat söndürülüb.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

***10:20

Bakı şəhərinin Qaradağ rayonunda, “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib.

Bununla bağlı Orman.Az-a Fövqəladə Hallar Nazirliyi məlumat verib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Загрузка...