Rusiyada təyyarənin qəzaya uğrama anının görüntüləri yayılıb – VİDEO

flash Hadisə
Loading...

Rusiyanın Murmansk vilayət aerodromunda “Tu-22M3” tipli təyyarənin eniş zamanı qəzaya uğrama anının görüntüləri yayılıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, çərşənbə axşamı plan çərçivəsində təlim-məşq uçuşunu yerinə yetirdikdən sonra güclü küləklə müşahidə olunan qar yağışına düşən “Tu-22M3” tipli təyyarə sərt eniş edib. Bu zaman bombardımançı hissələrə parçalanıb və yanmağa başlayıb. Nəticədə 3 nəfər ölüb, bir yaralı ağır vəziyyətdə reanimasiyadadır.

Xəbərin olsun:  Azərbaycanda daha bir dəhşətli cinayət: Kişi keçmiş arvadını öldürüb, evi yandırdı
Загрузка...