Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi Federasiya Şurasının iclasında müzakirə ediləcək

Dünya
Loading...

Rusiya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasına yerləşdirilməsi ilə əlaqədar olaraq RF Silahlı Qüvvələrinin Rusiya hüdudlarından kənarda istifadəsinə dair məsələ bu ölkənin Federasiya Şurasının bu gün keçiriləcək iclasın ın gündəliyinə daxil edilib. 

TASS bununla bağlı yuxarı palatadakı bir neçə mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, məsələ Dağlıq Qarabağa aiddir və iclasın əvvəlində müzakirə ediləcək. 

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Qarabağda atəşin və hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanatı imzalayıblar.

Загрузка...