Rusiya azərbaycanlıları çeçenlərə bağlı BƏYANAT YAYDI

Hadisə İctimai Manşet SON XƏBƏRLƏR
Loading...

Rusiyada Azərbaycan diaspor təşkilatları son günlər Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş vermiş təxribatla bağlı bəyanat yayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Orman.Az-a verilən məlumata görə, təşkilatların birgə bəyanatında bildirilir ki, baş verən hadisələr iki qardaş xalq arasında düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır: “Biz azərbaycanlılara və çeçen icmasının nümayəndələrinə müraciət edərək ağılagəlməz nəticələrə gətirib çıxara biləcək təxribatlara uymamağa və hər birimiz üçün çətin günlərdə daha sıx birləşməyə çağırırıq” – bəyanatda bildirilir.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. Təqribən, 70-100 nəfərin iştirak etdiyi insident zamanı ölən və xəsarət alanlar olub.

Загрузка...