Saytda reklam

Loading...

Artıq bu gün faktdır ki, dünya analoqdan rəqəmsal aləmə doğru sürətlə dəyişir. Rəqəmsal kontentin istifadəsi günbəgün artır. Buna mobil telefonlar, laptoplar, masaüstü kompyuterlərin geniş şəkildə istifadəsi səbəb olur. Bütün bunları öz marketinq strategiyasında nəzərə almayan şirkətlər tez bir zamanda dəyişikliklərə adaptasiya olmalıdır.

Bəs niyə görə rəqəmsal marketinq bu qədər önəmlidir ?

Cavab çox sadədir. Rəqəmsal marketinq nəinki  marketingin sürətlə inkişaf edən hissələrindəndir, həmçinin də onun gələcəyi sayılır. Və bu gələcəyi rəqəmsal yeniliklərsiz təsəvvür etmək belə qeyri-mümkündür. Görünür yaxın gələcəkdə rəqəmsal marketinq rəqəmsal medianın bütün sahələrini əvəz edə bilmək gücünə sahib olacaq. O gün çox yaxındadır.

Baxmayaraq ki, yaşlı təbəqə məhz ənənəvi, kağız vərəqli qəzetlərə, kitablara, TV və radio kanallara üstünlük verir, Lakin danəlmaz faktdır ki, internet və mobil telefonların geniş istifadəsi dövründə boya-başa çatan yeni nəsil rəqəmsal əlaqə vasitələrini daha sərfəli və keyfiyyətli hesab edir.

Məsələ burasındadır ki, rəqəmsal əlaqə vasitələri daha sürətli, praktik, modern və müxtəliftərəflidir. Buna görə də təəccüblü hal deyil ki, texnologiyanın əlçatan olmasından sonra biz tez bir zamanda rəqəmsal eraya baş vurduq. Yaxşı xəbər budur ki, rəqəmsal marketinq istifadəçilərə  təklif edən potensialı  marketoloqlara da demək olar ki eyni səviyyədə göstərməkdədir.

Rəqəmsal marketinq ənənəvi marketinq vasitələrindən  hədsiz dərəcədə daha münasibdir. Misal üçün, email və ya sosial media kompaniyası istehlakçılara TV elanı və ya print kompaniyasının marketinq mesajını cüzi xərclər hesabına ötürə bilər və potensial olaraq daha geniş auditoriyaya yetişdirə bilər.

Lakin marketinqin rəqəmsal şəkildə qurulmasının əsas faydalarından biri də nəticələrin izlənilməsi və monitorinqinin yüngülləşdirməsidir. Baha başa gələn müştəri tədqiqatını aparmaqdansa siz müştərinin reaksiyalarını görə və sizin marketinq kompaniyanızın müvəffəqiyyət dərəcəsini real şəraitdə ölçə bilərsiz. Bu da sizə növbəti dəfə üçün işi daha effektiv şəkildə planlamağa imkan verir.

Orman.az saytı olaraq sizə rəqəmsal marketinqin əsas hissələrindən olan web-reklam xidmətlərimizi təklif edirik. Saytımızıın səhifələrinin aylıq izlənmə sayı 450 000-dən çoxdur və zamanla artmağa doğru gedir. Saytımızın ümumi izləyici auditoriyası aylıq 200 000 nəfərdən yuxarıdır. Aylıq seans göstəricisi 300 000-dən çoxdur. Gündəlik yeni istifadəçilərin sayı 7000-8000 min arası dəyişir.

Bu o deməkdir ki saytımızda reklam yerləşdirsəniz, bu reklamı aylıq olaraq ən azı 200 000 nəfər görəcək. Bundan iki dəfə çox, yəni 450 0000 dəfə Sizin reklamınız saytımızda göstəriləcək.

Rəqamsal reklamın bu və digər üstün cəhətlərindən istifadə etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın:

E-mail: [email protected] Mobil: 050 225 63 06

Загрузка...