“Real” heç kimi almır – Onları satır

İdman Manşet SON XƏBƏRLƏR
Loading...

“Real”ın baş məşqçisi Zinəddin Zidan bu qış transfer pəncərəsinə yeni oyunçu almamağa qərar verib.

Qol.az “AS”a istinadən xəbər verir ki, fransalı mütəxəssis bu məsələdə klub rəhbərliyi ilə  razılığa gəlib. Bildirilir ki, qış transfer pəncərəsində Madrid təmsilçisinin əsas məqsədi hücumçu Mariano Dias və yarımmüdafiəçi Braim Diası satmaqdır.

Xəbərin olsun:  Prezident İlham Əliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verib

Xəbərdə o da qeyd olunub ki, klubda vəziyyət  yaydakı kimi eynidir. Zidan “Mançester Yunayted”in futbolçusu Pol Poqbadan başqa heç kəsi almaq istəmir. Ancaq o bilir ki, klub 26 yaşlı oyunçunu hazırda heyətinə qatmağı düşünmür. Bununla bağlı rəhbərlik əvvəlcədən Zidanı məlumatlandırıb. Çünki “Real” komandanın yarımmüdafiəçisi Federiko Valverdeyə inanır. Zidanın da ona güvəndiyi bildirilib.

Xəbərin olsun:  Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır
Загрузка...