“Qarabağ”ın mükafatlandırma mərasimi ləğv olundu

İdman Manşet
Loading...

2019/2020-ci illər mövsümünün qalibi elan edilmiş “Qarabağ” klubuna çempionluq kuboku və qızıl medalların bu gün “Azərsun Arena”da təqdim olunacağını xəbər vermişdik. 

Orman.az  xəbər verir ki, mükafatlandırma mərasimi ləğv olunub. 

Yəni, futbolçulara medallar verilməyəcək. Sadəcə olaraq, qızıl medallar və kubok PFL prezidenti Ramin Musayev tərəfindən klub rəhbərliyinə təqdim olunacaq.

Xəbərin olsun:  Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə DANIŞDI

Bu tədbir isə əvvəlcədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə 20:50-də deyil, 19:00-da keçiriləcək. Medal təqdimatı canlı yayımlanmayacaq və KİV nümayəndələri üçün qapalı olacaq.

Загрузка...