Qarabağı “alovlandıran” Sumqayıt hadisələri – 32 il

flash Manşet Siyasət
Loading...

Bu gün Sumqayıt hadisələrindən 32 il ötür.

Oxu.Az-ın məlumatına görə, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi.

Bu təxribatlar ermənilərin özlərini məzlum, yazıq, əzilən xalq obrazını yaratmaq cəhdi idi.

Sumqayıt hadisələri sonradan Ermənistanın əlində bir bəhanəyə çevrildi və Qarabağda münaqişənin daha da alovlanmasına gətirib çıxardı. Erməni millətçiləri ilə SSRİ  “KQB”-nin birgə ssenarisi azərbaycanlılara qarşı “arqument” səviyyəsinə gəlib çıxdı.

Sumqayıt hadisələri “KQB” ilə erməni millətçilərinin azərbaycanlılar əleyhinə məqsədyönlü birgə aktı idi.

Sumqayıt hadisələri ilə bağlı aparılan təhqiqat zamanı isə toplanılan dəlillər və dinlənilən şahid ifadələri erməni cəlladlarının əleyhinə idi.

İstintaqla müəyyən edildi ki, Sumqayıt hadisələrinin təşkilatçısı iki dəfə məhkum edilən erməni Eduard Qriqoryandır.

Xəbərin olsun:  Xırdalan və Sumqayıtda postlar quruldu - RƏSMİ

Qriqoryanın Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürdüyü bəlli oldu. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.

SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaşlar zamanı 26 erməni, 6 azərbaycanlının öldüyü müəyyənləşdi.

Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olundu.

Təəssüflər olsun ki, ölüm hökmü azərbaycanlı Əhməd Əhmədov barəsində çıxarılmışdı. Halbuki Sumqayıt ssenarisinin təşkilatçısı Eduard Qriqoryan idi.

Bir sözlə, istintaqın məntiqi sonluğu təzadlarla dolu idi.

Öldürülən ermənilərin demək olar ki, əksəriyyəti erməni terror fondlarına pul köçürməkdən imtina edənlər idi.

Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan istintaqda bildirirdi ki, Qriqoryan onun mənzilinə daxil olub, sındırdığı stulun ayaqları ilə xəstə anasına zərbə endirib.

“Bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”, – deyə Meclumyan Qriqoryanın onu zorladığını bildirir.

Xəbərin olsun:  Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün göstəriş verib.

Göstərişlə bağlı Baş prokurorun qərarı ilə SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış beş cinayət işinin icraatı yenilənərək vahid icraatda birləşdirilib.

İstintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edilib.

İstintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb.

İğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib.

Загрузка...