Qadının sürdüyü maşın Beyləqanda su kanalına düşdü – Sürücünü yoldan keçənlər çıxardı – VİDEO

flash Hadisə qəza SON XƏBƏRLƏR
Loading...

Beyləqanda ağır yol qəzası baş verib.

Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, Beyləqan şəhərinin girişinin yaxınlığında qadın sürücünün idarə etdiyi “Nissan Teana” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Avtomobil daha sonra yolun kənarındakı su kanalına düşüb. Hadisə zamanı xəsarət alan sürücünü yoldan keçənlər çıxararaq xəstəxanaya aparıb. Avtomobilin kanaldan çıxarılması üçün əraziyə kran cəlb edilib.

Загрузка...