Qadının özünə nifrəti – FEMİNİZM

ədəbiyyat İctimai Manşet SON XƏBƏRLƏR
Loading...

Feminizmin qadın hüquqlarını müdafiə edən bir düşüncə tərzi olması ilə bağlı bir cümləlik fikir ilk baxışda bu yazımı təkzib edə bilər. Ancaq tərkibində “qadın hüququ” ifadəsi keçən bir neçə sənədi kənara atıb, “qadın hüquqları” deyə müstəqil bir hüquq normaları sisteminin mövcud olmadığını, cəsarətlə deyə bilərik.

Hüquq cinslərə üzrə qruplaşdırılmayacaq qədər mütəşəkkil məfhumdur. “İnsan hüquqları” nə kişilərin, nə də qadınların monopoliyaya ala biləcəyi sahədir. Hüquq pozutusu varsa, bu insan hüququnun pozulmasıdır. Bura qədər yazılan cümlələrin, Feminizmin, xəyali qadın hüququnun keşikçisi olması barədə hüquq fəlsəfəsinə zidd olan düşüncənin, yanlış olması təsəvvürünü yaradacağını düşünürəm.

İnsanlar qadın və kişi olmaqla iki cinsin nümayəndəsi kimi dünyaya göz açır və bu onların gələcək həyat fəaliyyətinin mərkəzi nöqtəsində duran amil olur. Bir kişi və ya qadın, əks cinsin nümayəndəsi kimi doğulsaydı, həyatının tamam başqa səmtlərdə axacağını yaxşı anlayır.
Bəs feminizm mahiyyət etibarı ilə patriarxal(ata-kişi hakimiyyəti) sistemə qarşı mübarizəsinin sosial-psixoloji aspektləri nədir? Ümumiyyətlə patriarxal sistem həqiqətən varmı, yoxsa mövcud sistem, cinsindən aslı olmayaraq güclü və ağıllıların hakimiyyətini legitimləşdirir?

Güclü və ağıllı kişilər gücsüz və ağılsız kişilər üzərində hökm edir, yenə birincilər eynilə gücsüz və ağılsız qadınlar üzərində də hökm edir. Bəs gücü və ağıllı qadınlar? Onlar isə güclü və ağıllı kişilər kimi həm öz həm də əks cinslərinin gücsüz və ağılsızları üzərində hökm edir. Meydana çox maraqlı bir sual çıxır. Hər iki cinsin güclü və ağıllıları arasındakı güc tərəzisinin əqrəbi hansı tərəfə meyl edir? Onlardan hansı hakimiyyəti əlində tuta bilir? Mövcud ictimai quruluşun təəsuratında biz güclü və ağıllı kişi obrazının güclü və ağıllı qadın obrazının üzərində durduğunun şahidi oluruq. Bunun ədalətli olub-olmaması başqa mövzudur, lakin burda haqsızlıq varsa, bu kişilərin günahı deyil. Və bu haqsızlıq (əgər varsa) mitinqlərlə, nümayiş və piketlərlə həll olunan tərzdə problemlərdən deyil. Yeri gəlmişkən mən Aristotelin, insanlar kölə və ya azad olaraq doğulur, dediyi qədər ifrata varmıram(Aristotel – “Siyasət’ əsəri’). Barəsində danışdığım cinslərarası hegamoniyanın kişilərin xeyrinə olması faktı, təbiətin real şərtlərindən doğub. Bir insan kütləsin, başqa bir insan kütləsinə, bizdən daha güclü və ağıllı olduğunuz üçün sizə qarşıyıq, deməsi və bunu çürük bir fəlsəfə halına gətirməsi nə dərəcədə məntiqidir?

Qadınların bir qrupu isə təbiət etibarı ilə kişilərə bənzəmə arzusuna qapıla bilər, bu faktdır(bəzi kişilərdə də əks cinsə meyillənmə mümkündür). Ömür boyu həqiqi mənada kişi olmama ehtimallarının inkar olunmaz həqiqət olaması isə, bu qrupdan olan qadınların qadınlıqlarına nifrət etməsinə gətirib çıxarır. Bu proses şüuraltında baş verdiyindən, onun əksi kişilərə nifrət kimi şüurüstünə sıçrayır. Burda psixoanalist Karen Horneydən sitat gətirsək, olduqca yerinə düşər: Hər zaman bir şeylər istəyən və doyumsuz olan qadınların vəziyyətini cinsi doyumsuzluq kimi izah etmək tez-tez qarşılaşdığımız haldır, amma daha dərin bir müşahidə bu doyumsuzluğun kişilik kompleksindən doğduğunu ortaya çıxaracaqdır(‘’Qadın psixologiyası’’ Totem nəşriyyatı-2017) Dahi psixoloqun fikirləri ilə anlaşılmasını asanlaşdırdığımız psixi halətlərin beynində cərəyan etiyi qadınlar öz cinslərinin bir sinif kimi, necə olur olsun, kişilərin yerini tutmağını arzu edirlər. Bunun yolu isə ən güclü və ən ağıllı olmaqdan keçir, feminizmdən və küçə yürüşlərindən yox.

Mahir Abbas

Загрузка...