“Qaçqınkom”dan məcburi köçkünlərə verilən mənzillərlə bağlı AÇIQLAMA

Sosial
Loading...

“Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlayır, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür”.

Bu barədə Oxu.Az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, Komitə Prezidentin verdiyi bütün tapşırıqların ədalətli icrasına nail olmağa çalışır.

Xəbərin olsun:  Dolların sabaha olan MƏZƏNNƏSİ

“Aparılan işlər barədə ölkə rəhbərliyinə hesabat verilir, məruzə olunur”, – deyə məlumatda bildirilib.

Komitənin məlumatına əsasən, məcburi köçkünlərə verilən mənzillərin bölgüsündə ədalət və şəffaflıq prinsiplərinə əməl edilir:

“Bu sahədə iş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi üzrə mövcud qaydaları əsasında aparılır”.

Загрузка...