“Qaçqınkom” sədrindən ŞOK AÇIQLAMA: “Yataqxanada baş verən yanğın qəsdən törədilib”

Hadisə kriminal Manşet SON XƏBƏRLƏR
Loading...

Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanadakı yanğın qəsdən törədilib.

Orman.Az oxu.az-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb:

“Müvafiq ekspertizalar təyin edilib. Yataqxananın qəsdən yandırılmasına dair ekspertizanın rəyi də var”.

Qeyd edək ki, martın 6-da Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada yanğın baş verib. Yanğın zamanı ər və arvad olmaqla, iki nəfər həyatını itirib.

Yeni Azərbaycan Partiyası İcra katibi-sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, yanğının qəsdən törədilməsi ehtimalı var.

Загрузка...