Qənirə Paşayevaya yeni vəzifə verildi

Cəmiyyət
Loading...

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri seçilib.

Orman.az xəbər verir ki, nümayəndə heyətinin digər üzvləri Aydın Hüseynov, İlham Məmmədov və Anar Məmmədovdur.
Qənirə Paşayeva bununla bağlı sosial şəbəkə hesabında qeyd edib:

“Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmək kimi önəmli və məsuliyyətli bir vəzifəni mənə etimad göstərdikləri üçün Milli Məclisin rəhbərliyinə təşəkkürümü bildirirəm. Cənab Prezidentimizin Milli Məclisdə çıxışında ölkəmizi beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil etmək, həqiqətlərimizi daha geniş çatdırmaq, dövlətimizin maraqlarını daha möhkəm qorumaq kimi önəmli tövsiyələrini Asiya Parlament Assambleyasında yüksək səviyyədə həyata keçirmək üçün həmkarlarım Aydın Hüseynov, İlham Məmmədov və Anar Məmmədovla birlikdə birlikdə yorulmadan çalışacağıq”.

Xəbərin olsun:  Maska taxmağa hövsələsi çatmayanlar bunun bədəlini evdə qalmaqla ödəyəcəklər... - 5 şəhərdə həyat durdurulur...

Загрузка...