Putin Çaykaya yeni vəzifə verdi

Manşet SON XƏBƏRLƏR
Loading...

Rusiya Prezidenti Vladimir Putin Yuri Çaykanı Şimali Qafqaz Federal Dairəsinin səlahiyyətli nümayəndəsi təyin edib. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə rəsmi Kreml məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putin, Rusiya Federasiyası Konstitusiyasının 83-cü maddəsinin “k” bəndinə uyğun olaraq, öz fərmanı ilə Yuri Yakovleviç Çaykanı Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi təyin etdi. Fərman imzalandığı gündən qüvvəyə minir”, – deyə məlumatda qeyd olunub.

Xəbərin olsun:  Azərbaycanda ad günlərini 4 ildən bir qeyd edənlər...

Xatırladaq ki, sabiq Baş Prokuror Yuri Çayka yanvarın 20-də istefa verib.

Загрузка...