Pul alarkən görüntüsü yayılan polis əməkdaşı ölüb – Foto

Manşet Sosial
Loading...

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Report”un sorğusuna cavab olaraq deyib ki, faktla bağlı araşdırmalar aparılıb.

“Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib və həmin ildə də vəfat edib”, – o bildirib.

Xəbərin olsun:  Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

Qeyd edək ki, sosial şəbəkələrdə Şirvan şəhər ərazisində yol polisinin sürücüdən rüşvət alması ilə bağlı videogörüntü yayılıb.

Pul alarkən görüntüsü yayılan polis əməkdaşı ölüb - Foto
Загрузка...