Prezidentlə xanımı Şamaxı sakinləri ilə çay süfrəsi arxasında – FOTOLAR

SON XƏBƏRLƏR Sosial
Loading...

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə olublar.

Orman.Az xəbər verir ki, ölkə başçısı və birinci xanım əvvəlcə şəhərin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus yeni inşa olunmuş evlə tanış olublar, sonra ev sakinləri ilə çay süfrəsi arxasında söhbət ediblər.

Xəbərin olsun:  Deputat şəhid valideynlərə səsləndi: “Mən də sizin övladınızam”

Daha sonra Salman Mümtaz küçəsinin sakinləri ilə söhbət edib, onları narahat edən məsələləri dinləyiblər.
Bundan əlavə, Prezident və birinci xanım Mehriban Əliyeva Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovaya məxsus yeni yaşayış evində yaradılan şəraitlə tanış olublar.

Zəlzələ zamanı şəhərin Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun evi də qəzalı vəziyyətə düşmüşdü. Prezidentlə birinci xanım həmin evin yerində yeni inşa edilən evdə yaradılan şəraitlə maraqlanıblar.
Daha sonra Şamaxı sakinləri ilə görüşüblər. Ölkə başçısı onların məktublarını qəbul edib, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılacağını, zərər görmüş bütün evlərin yenidən qurulacağını vurğulayıb. Dövlət başçısı sakinləri narahat edən məsələləri də dinləyib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Xəbərin olsun:  Məmmədyarov və Lavrov telefonla danışdı
Загрузка...