Prezidentlə görüş zamanı Zeynəb Xanlarovadan məntiqsiz təklif – “Xahiş edirəm…”

flash incəsənət Mədəniyyət SON XƏBƏRLƏR
Loading...

“Mən də bir–iki kəlmə söz demək istəyirəm. Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Mənim xahişim yoxdur. Mən ancaq danışa bilərəm. Ataların bir sözü var: Görünən dağa nə bələdçi”.

Orman.Az xəbər verir ki, bu sözləri ötən gün Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı söyləyib:

“Mən Prezidentimizə uzun ömür arzulayıram. Çünki o, Azərbaycanı bu qədər inkişaf etdirib, bu qədər gözəlləşdirib. Hər il mən xaricdə oluram. O qədər gözəl sözlər deyirlər. Fəxr edirəm ki, mənim Azərbaycanım belə inkişafdadır. Mən heç bir xahişdən ötrü gəlməmişəm. Xahiş edirəm, çıxış edənlər də bu gözəlliklərdən danışsınlar. Xahiş lazım olanda onsuz da elə bir adam yoxdur ki, Prezident onunla ayrıca görüşməsin, onu ayrıca eşitməsin. Xahiş edirəm, burada olanlardan, Azərbaycanımızın gözəlliklərindən, inkişafından danışaq”.

Qeyd edək ki, ötən gün prezident Azərbaycanın mədəniyyət sahəsində xidmət göstərən şəxslərlə görüşüb. Məqsəd onların problemlərini dinləmək, qayğıları ilə tanış olmaq və mədəniyyət sahəsinin inkişafına daha yaxından dstək göstərmək olub. Zeynəb Xanlarova isə prezidentlə problemlərini bölüşən, təkliflər edən həmkarlarına çıxışlarının mzmumuna görə irad bildirib.

Загрузка...