Prezident bu şirkətlərin idarəsini onlara verdi

Siyasət
Loading...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Orman.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası sədri vəzifəsi Baş nazirə tapşırılıb.

Müşahidə Şurasının üzvləri isə Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, İqtisadiyyat naziri və Maliyyə naziri təyin ediliblər.

Загрузка...
Xəbərin olsun:  Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu