Pensiyalar yenə artır – Nazir artım miqdarını AÇIQLADI

Manşet SON XƏBƏRLƏR Sosial
Loading...

Yaxın aylarda Azərbaycanda indeksasiya nəticəsində orta aylıq əmək pensiyası 5% artacaq.

Orman.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya məbləği 222 manatdan 228-229 manata, yaşa görə orta aylıq pensiya isə 240 manatdan 250 manata qalxacaq.

Xəbərin olsun:  Türkiyədə yenidən zəlzələ təhlükəsi - Avropada da hiss ediləcək

“233 min pensiyaçının əmək pensiyasının minimum məbləğinin 160 manatadək artırılacağını nəzərə alsaq, yaxın aylarda orta aylıq əmək pensiyasının 5% artacağını proqnozlaşdırmaq olar. Real mənzərə ilin ortalarında aydın olacaq”, – deyə nazir bildirib.

Загрузка...