Paytaxtın iki rayonunda su olmayacaq

Məlumat SON XƏBƏRLƏR
Loading...

Bu gün Bakının iki rayonunda su olmayacaq.
“Azərsu” ASC-dən Orman.Az-a verilən məlumata görə, magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar fevralın 5-də gün ərzində Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Загрузка...