Paşinyan Münhen məğlubiyyətinin depressiyasından çıxa bilmir – GƏLİŞMƏ

Manşet SON XƏBƏRLƏR
Loading...

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa dair növbəti avantürist bəyanatla çıxış edərək faktiki olaraq danışıqlar prosesini pozub. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, o, Ermənistanın İctimai televiziyasına müsahibəsində işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasını istisna edib. Paşinyan birmənalı şəkildə deyib ki, işğal edilmiş ərazilərin qaytarılması barədə Azərbaycanla danışıqlar aparmaqdan imtina edir: “Bu haqda söhbət belə gedə bilməz”.

Onun sözlərinə görə, Azərbaycanla ancaq Dağlıq Qarabağdakı rejimin “təhlükəsizliyi məsələsi” üzrə danışıqlar apara bilər. “Ərazilər məsələsi yoxdur, təhlükəsizlik məsələsi var” – o, əlavə edib.

Paşinyan artıq neçənci dəfədir ki, müxtəlif formalarda avantürist bəyanatlar verərək danışıqlar prosesini pozur, faktiki olaraq danışıqların davamını istisna edir. Hansı ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonların qaytarılması danışıqlar prosesinin bütün dövrlərində və mərhələlərində müzakirə edilib. Bu məsələ hətta Ermənistan üçün ən sərfəli nizamlama variantlarında belə başlıca element kimi əksini tapıb. O cümlədən Madrid prinsipləri ətraf rayonların qaytarılmasına və Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyən edilməsinə əsaslanır.

Paşinyanın bu qədər net bəyanatından sonra da danışıqları davam etdirməyin mənası qalırmı? Paşinyan bir həftənin içində Xocalı faciəsi ilə bağlı da iki ziddiyyətli mövqe ortaya qoydu. Gah dedi ki, bu hadisəni azərbaycanlılar törədib, gah da yazdı ki, ruslar. Belə bir siyasətçi ilə sülh danışıqları aparmağa dəyərmi?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın son günlər verdiyi açıqlamalar və sosial şəbəkələr üzərindən paylaşımları onun hələ Münhendə uğradığı acı məğlubiyyətin depressiyasından çıx bilmədiyini sübut elədi: “Adam danışdıqca, yazdıqca özünü batırır. Məsələn, sosial şəbəkədəki səhifəsində yazır ki, ”Fakt fakt olaraq qalır: Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur”. Sonra isə paylaşdığı statusu silir və yalnız “Fakt fakt olaraq qalır”ı saxlayır. Bir dövlət başçısı üçün bundan böyük rüsvayçılıq yoxdur.

Bu baxımdan Paşinyanın Azərbaycanla ancaq Dağlıq Qarabağdakı rejimin “təhlükəsizliyi məsələsi” üzrə danışıqlar apara biləcəyini deməsini də onun mövcud psixoloji durumunun göstəricisi kimi qiymətləndirmək lazımdır. Yalnız sağlam düşünməyi bacarmayan adam belə absurd iddialarla çıxış edə bilər. Çünki onun bu iddiasının qarşılığında ortalığa kifayət qədər suallar çıxır. Azərbaycan nə üçün Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdəki qondarma, qanunsuz rejimin təhlükəsiliyinə təminat verməlidir?

Yəni hər kəsə aydındır ki, rəsmi Bakı dəfələrlə işğala son qoyulacağı təqdirdə Dağlıq Qarabağdakı etnik ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquqlarına təminat verəcəyini bəyan edib. Bu isə o deməkdir ki, işğala son verilərsə, Dağlıq Qarabağdakı etnik ermənilərə hər hansı xüsusi sənədlə təminat verməyə ehtiyac yoxdur. Çünki digər Azərbaycan vətəndaşları kimi onların da hüquq və azadlıqlarına Konstitusiya ilə təminat verilib.

Əslində tezis belə qoyulmalıdır: “Ərazi məsələsi var, təhlükəsizlik məsələsi yoxdur”. Qeyd etdiyim kimi, işğalçı qoşunlar Azərbaycan ərazilərini tərk etsələr təhlükəsilzik məsələsi də öz-özlüyündə həllini tapacaq.

Görünür qarşılaşmada məğlub olan Nikol Paşinyan təkqapıya oynamaqla çilik-çilik olmuş “inqilabçı-demokrat” obrazını bərpa etmək istəyir, amma hər dəfə topu öz qapısına vurur”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Paşinyana Qərb bir demokrat donu geyindirmişdi. Bu adam küçə səviyyəsindən də aşağı bir adamcıqdı, dövlətçilik təfəkkürü yoxdur, idarəetmənin nə olduğunu bilmir: “Ona görə də ağzına gələni danışır, ağlına gələni yazır. Bu, ”Mimimino” kinofilmindəki “Dilicanda axan su dünyada ikincidi” deyən erməni şoferin səviyyəsində olan bir məxluqdur. Həmin şofer kimi bu da Tiqrançikin Pompeylə “danışıq aparması” ilə fəxr edir. Bədbəxt bilmir ki, Tiqrançik Pompeylə danışıq aparmırdı, qarşısında diz çöküb yalvarırdı. Belə bir səviyyəsiz şəxsdən biz nə gözləyə bilərik. Onu hakimiyyətə gətiriblər, indi bilmir nə etsin, onun əlinə verilmiş “hakimiyyət” adlı oyuncaqla nə etsin. Ona görə də bununla hər hansı danışıq aparmağın, onu adam saymağın heç bir mənası yoxdur. Azərbaycan hakimiyyəti digər arqumentlərlə yanaşı, elə Paşinyanın son sarsaqlamalarını, məntiqsiz, ziddiyyətli sözlərini əsas gətirib danışıqlardan imtina etməlidir”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Nikol Paşinyan həmin bəyanatla faktiki olaraq sülh danışıqlarından imtina etmiş oldu. Ermənistanın danışıqlarda maraqlı olmadığını açıq şəkildə beynəlxalq ictimaiyyətə, Minsk Qrupunun həmsdər dövlətlərinə çatdırmaq lazımdır: “Həmsədrlər aydın görməlidir ki, danışıqlar kim tərəfindən dayandırılır və sabotaj edilir.

Nikol Paşinyanın bu çıxışı əslində Azərbaycanın xeyrinədir. Onun bu çıxışını da əsas götürüb beynəlxalq təşkilatlara bəyan etməliyik ki, artıq danışıqlar Ermənistanın tutduğu qeyri-konustiktiv mövqeyə görə faydasızdır. Azərbaycanın bir yolu qalır, o da müharibə yolu. Birmənalı şəkildə hərbi varianta əl atmalıyıq. Azərbaycan hazırkı məqamda hücuma keçib iki rayonu azad etsə və geri çəkilməsə, tutduğu mövqedə möhkəmlənib dayanarsa bu, münaqişənin həllində prosesi 360 dərəcə Azərbaycanın xeyrinə dəyişə bilər. Göründüyü kimi, Paşinyan işğalçı ölkə olduqlarını yenidən bəyan edir və danışıqların üstündən xətt çəkir. Paşinyan apreldən sonra demək istədiyini, indi dedi. Paşinyanın bu açıqlamasından sonra ordumuz hərəkətə keçməlidir.

Ümumiyyətlə Azərbaycan tərəfi mart və aprel ayında müəyyən qədər Ermənistan üçün vaxt tanımışdı. Göründüyü kimi, Ermənistan tərəfi müharibə variantını seçir”.

Politoloq Əhəd Məmmədli isə qeyd etdi ki, Paşinyanın “Xocalı qətliamını ermənilər deyil 366-cı rus alayı edib. Fakt faktdır” tvitini yazıb sonradan silməsi onun siyasətdə nə qədər naşı olduğunu bir daha göstərdi: “Görünür ona kimsə anladıb ki, bu sözləri silməsə, ruslar erməniləri müxtəlif pozalarda zad edəcəklər… Dərhal Paşinyan tvitini silib və ancaq fakt faktdır sözlərini saxlayıb. Paşinyan yeni baş nazir seçiləndə bunu Azərbaycan üçün torpaqlarını azad etmək yolunda yaxşı bir fürsət olduğunu adlandırmışdım. Paşinyanın atdığı addımlar, Ermənistan İTV-yə verdiyi müsahibədəki fikirləri sözlərimdə doğru olduğumu göstərdi. Azərbaycana Paşinyan hərbi varianta əl atmaq üçün fürsət verir. Azərbaycan danışıqlar prosesinin Ermənistan baş naziri tərəfindən açıq-aşkar dayandırıldığını bəyan etməli və əməliyyatlara başlamalıdır”.

Digər ekspertlər də hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın yerli televiziyası olan İctimai TV-yə verdiyi müsahibədə danışıqlar formatının üzərindən xətt çəkəcək açıqlama verib. O, heç bir ərazini güzəştə getməyəcəyini vurğulayıb. Bu açıqlama faktiki danışıqların növbəti mərhələsində Paşinyanın daxili auditoriya üçün mesajı olsa da, Minsk qrupu həmsədrlərinin Cenevrədə başlatdığı danışıqların faktiki fiaskosudur. Paşinyanın bəyanatı Minsk prosesinin dayandırılması deməkdir.
“Yeni Müsavat”

Загрузка...
Xəbərin olsun:  Azərbaycanda 41 yeni yoluxma - RƏSMİ