Orxan Məmmədov “Avro-2020”dən danışdı

İdman Manşet
Loading...

Bakı Biznes Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AFFA-nın təşkilatçılığı ilə “AVRO 2020: KOB-lar üçün perspektivlər” mövzusunda tədbir keçirilib.

Qol.az “Report”a istinadən xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri, “Zirə” klubunun fəxri prezidenti Orxan Məmmədov futboldan necə gəlir etməyin mümkünlüyünü müzakirə edəcəklərini bildirib.

O deyib ki, artıq ölkədə bir neçə böyük idman qurğusu var və nüfuzlu beynəlxalq yarışlar keçirilib.  O.Məmmədov çempionat qarşılaşmalarının yüksək səviyyədə təşkil olunacağına inam ifadə edib.

Xəbərin olsun:  İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO

Bakıya Türkiyə kimi böyük azarkeş kütləsinə malik yığma ilə birgə çılğınlığı ilə tanınan Uels və çoxlu sayda İsveçrə fanatının gələcəyini söyləyən KOBİA rəhbəri Dənizkənarı Parkda fan-zonaların qurulacağını diqqətə çatdırıb: “Kiçik və orta biznes subyektləri orada ictimai iaşə müəssisələrini UEFA standartlarına uyğun qura və öz məhsullarını təqdim edə bilərlər. Qrup mərhələsinin oyunları 13 – 21 iyunda olacaq. Ümid edirəm ki, fan-zonalar daha tez açılacaq. Eyni zamanda Bakı Olimpiya Stadionu ətrafında da belə imkanlar yaradıla bilər. AFFA-ya çağırışımızı müsbət cavablandırdığı üçün minnətdaram”.

Загрузка...