Orucluq neçə gündən sonra başlayır? Ramazan TƏQVİMİ AÇIQLANDI

din Manşet SON XƏBƏRLƏR
Loading...

Ramazan ayının ilk günü may ayının 6-na təsadüf edir.
Orman.Az ONA-ya istinadla xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Təşkilat şöbəsinin müdiri Əlirza Qafarov məlumat verib.

O bildirib ki, may ayının 5-i axşamı niyyət axşamı, 6-sı Ramazan ayının birinci günüdür: “Ramazan təqviminə əsasən, mayın 6-sı Bakıda imsak saat 03:57-də, iftar isə saat 19:56-dır. Yəqin ki, yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bununla bağlı fətvasını elan edəcək”.

Xəbərin olsun:  DSX-dən açıqlama: “Keşikçidağ”da təxribat xarakterli hadisə qeydə alınmayıb”

Qeyd edək ki, Ramazan təqvimi Şamaxı Astrofizika Rəsədxanası və QMİ tərəfindən birlikdə hazırlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.

Загрузка...