“Onu içimdə sevirəm” – Gülay ‘

Manşet şou-biznes
Loading...

“Həyatda özümü ən çox günahlandırdığım amil odur ki, istədiyim qədər qızıma vaxt ayıra bilmirəm. Amma təsəllim odur ki, uşağımın gələcəyi üçün çalışıram”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı “Ona qalsa” verilişində deyib. Qızı Sahilə ilə bağlı sualları cavablandıran sənətçi ona az vaxt ayırdığını etiraf edib. İfaçı həyat yoldaşı, idmançı Kamil Zeynallının qızına daha çox vaxt ayırdığını bildirib:

Xəbərin olsun:  Xankəndidə həyəcan siqnalı verilir - VİDEO

“Sevinirəm ki, övladımın o cür atası var. Hər kəs əlindən gələni edir. Elə insanam ki, Sahilə üçün ürəyim yanır. Amma istəyimi tam göstərə bilmirəm. Onu içimdə sevirəm. Gecə yatanda qızımı qucaqlayıram, öpürəm, deyirəm ki, səninlə nəfəs alıram. Amma vaxtı-zamanı gələndə biləcəksən ki, anan sənin üçün çalışır. Ona görə vaxtım qalmır ki, bu gün sənə görə çalışırdım”.

Xəbərin olsun:  Xüsusi karantin rejimi yenidən UZADILDI

Загрузка...