Onlayn dərslərdən 2 alan Azərbaycan məktəbi – Koronavirus təhsildə hansı boşluqları üzə çıxardı?

Manşet təhsil
Loading...

“Martın 3-dən məktəblər bağlanıb, ay yarım vaxt keçib, hələ bu müddət iki ay da davam edəcək. Bu vaxt ərzində şagirdlər heç bir nəticə əldə edə bilmədi. Azərbaycan təhsili və məktəbi onlayn dərslərdən 2, Azərbaycan Universiteti isə 0 qiymət aldı. Bu o deməkdir ki, Azərbaycan Universiteti yalnız bir parta və divardan ibarətdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ekspert Kamran Əsədov koronaviruslu günlərdə Azərbaycan təhsil sistemində üzə çıxan boşluqları şərh edərkən deyib.

Ekspert onlayn dərslərin heç bir nəticə vermədiyini bildirib:

“Dünya elektron məsafədən təhsilə keçib, onun yoxlanılma mexanizmləri və ölçüləri var. Yalandan dərsi keçib, “YouTube”a yerləşdirməklə deyil. Elekton resursların əlçatımlığı məsələsi var. Ucqar kəndlərdə gəlin görək, şagirdlər kompüter, internet, planşetlə təmin olunublarmı”?

Bu təcrübəni qonşu ölkələrlə də müqayisə edən K.Əsədov koronaviruslu günlərdə təhsili geridə qoyan digər problemlərlə də bağlı həyəcan təbili çalıb.

Daha ətraflı videomaterialı təqdim edirik:
 [media=https://youtu.be/CkuEabxM46g]

Xəbərin olsun:  Daha 338 nəfər yoluxdu - 4 nəfər vəfat etdi

Загрузка...