Onların həyatı birinci dərəcəli məsələdir – İlham Əliyev

Manşet Siyasət
Loading...

Biz dünya miqyasında birinci ölkə olmuşuq ki, koronavirusla mübarizə ilə əlaqədar tərəfdaş ölkələrlə zirvə görüşü keçirdik.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında çıxışı zamanı bildirib.

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans şəklində zirvə görüşü bizim təşəbbüsümüzlə keçirilmişdir. Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur. Vətəndaşların sağlamlığı, onların həyatı birinci dərəcəli məsələdir”, – İ.Əliyev qeyd edib

Загрузка...
Xəbərin olsun:  Azərbaycanda saxta arayış verən xəstəxananın vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı - RƏSMİ