Ögey qardaşının doğulmasına etiraz edərək özünü öldürən Asimin atası danışdı – VİDEO

flash Hadisə kriminal SON XƏBƏRLƏR
Loading...

Xəbər verdiyimiz kimi, fevralın 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində atalarının ögey analarından uşaq dünyaya gətirmək istəməsi 19 yaşlı Asim Kərimovun özünü asaraq intihar etməsi, bacısı, 23 yaşlı Aysel Kərimovanın isə sirkə turşusu içərək intihara cəhd etməsinə səbəb olmuşdu.

Belə ki, Asim və Aysel 6 il əvvəl analarını itirib. Ataları Bakir Kərimov həyat yoldaşının ili çıxmamış yenidən ailə həyatı qurub. Uşaqlarla ataları arasında ilk problem də həmin vaxtdan başlayıb. Lakin sonradan münasibətlər normallaşıb.

Bu ilin əvvəlində isə ögey anasının hamilə qaldığını öyrənən bacı və qardaşın ataları ilə münasibəti yenidən pisləşib. Mərhum Asim Kərimov atasına “o uşaq dünyaya gəlsə, özümü öldürəcəm” deyə xəbərdarlıq edib. Lakin B.Kərimov oğlunun etirazına məhəl qoymayıb. A.Kərimov yaşadığı evdə özünü asıb.

A.Kərimova isə qardaşı dəfn edilən gün sirkə turşusu içərək canına qəsd edib. 1 saylı şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilən A.Kərimova artıq evə buraxılıb.

Bakir Kərimov hadisənin təfərrüatı ilə bağlı “Space” TV-yə danışıb. (Sözügedən sujet videonun 40-cı dəqiqəsindədir.)

Загрузка...