Nişana gedən ailə qəzaya düşdü, 3 nəfər öldü – Video

Hadisə Manşet
Loading...

Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Köhnə Zuvand kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Seymur Vidadi oğlu Şirəliyevin idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq təxminən 300 metrlikdən dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə hələlik adları məlum olmayan iki qadın və bir uşaq ölüb. “Niva”nın sürücüsü S.Şirəliyev, 1996-cı il təvəllüdlü Rəna Orxan qızı Mahmudova və 1996-cı il təvəllüdlü Nuray Orxan qızı Şirəliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Hər üç yaralı Reanimasiya şöbəsində müalicə alır.

Xəbərin olsun:  Emmanuel Makron İlham Əliyevə zəng edib

Məlumata görə, Bakı sakinləri Masallıdan Yardımlıya nişan mərasiminə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır. 

Загрузка...