Nazir müavini açıqladı: Azərbaycanda ilk dəfə bu şəxslərə müavinət veriləcək – ÖZƏL

Manşet Sosial
Loading...

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı bir sıra stimullaşdırıcı güzəştlər nəzərdə tutulub.

Bunu Orman.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti tərəfindən bir sıra güzəştlərlə bağlı rəy və təkliflər ümumiləşdirilir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən stimullaşdırıcı güzəştlərlə bağlı təklif verilib. Digər qurumların da rəyləri müzakirə olunur və nəzərə alınmaqla, qərar yekunlaşdırılır”.

Xəbərin olsun:  Sabahın hava proqnozu açıqlandı

A.Kərimov qeyd edib ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” layihəsinin hazırlanmasında bir sıra xarici ölkələrin təcrübəsindən istifadə olunub:

“ABŞ, İngiltərə, Almaniya, Fransa, Kanada, Türkiyə və Latviya kimi ölkələrin təcrübəsindən yararlanmışıq”.

Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı stimullaşdırıcı – Əmək Məcəlləsinə uyğun güzəştlər, vergi güzəştləri, onlara aylıq müavinətlər ayrılması nəzərdə tutulur.

Загрузка...