Nazir Cəfər Cabbarlının ev muzeyi ilə bağlı əmr verdi

Mədəniyyət SON XƏBƏRLƏR
Loading...

Görkəmli yazıçı və dramaturq Cəfər Cabbarlının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44/48 ünvanında yerləşən ev muzeyinin söküləcəyi və yerində çoxmərtəbəli bina inşa ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Bununla bağlı Azərbaycan Yazıçılar Birliyi Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə bildiriblər ki, 2012-ci ildə C.Cabbalının ailəsi tərəfindən Baş İdarəyə muzeyin saxlanılması və regenerasiya olunması nəzərə alınmaqla ərazinin yüksək mərtəbəli binanın tikintisi məqsədilə özəl şirkətə verilməsi barədə konkret təşəbbüs daxil olub. Sonralar ailə tərəfindən ərazi və tikililər həmin şirkətin adına alqı-satqı yolu ilə sənədləşdirilib.

Xəbərin olsun:  Müdafiə Nazirliyi: “Avqustun 9-da keçiriləcək andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır”

Baş İdarə öz növbəsində ailə tərəfindən özəlləşdirilmiş tikililərin sökülərək yenidən inşa edilməsini və bu məqsədlə külli miqdarda dövlət vəsaitinin cəlb edilməsini məqsədəuyğun saymayaraq, C.Cabbarlının xatirəsinə və onun ailəsinə hörmət əlaməti olaraq, ev muzeyinin saxlanılması məqsədilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət qurumları ilə razılaşdırmaqla muzeyin yerində tikiləcək binanın 1-ci mərtəbəsində və ya binanın ərazisində tarixi görkəmi və sahəsi saxlanılmaqla, Baş İdarənin mütəxəssislərinin nəzarəti altında ərazinin yenidən qurulması şərti ilə razılıq veriliməsi məcburiyyəti qarşısında qalıb.

Xəbərin olsun:  Ələt-Astara yolunun bu məsafəsi pullu olacaq - Rəsmi AÇIQLAMA

Qeyd olunub ki, hazırda Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Cəfər Cabbarlının ev muzeyi üçün Azərbaycan Dövlət Teatr Muzeyində ayrılan ekspozisiya sahəsində yeni bədii tərtibat işlərinin aparılması nəzərdə tutulub. Bu ekspozisiya C.Cabbarlının ev muzeyi öz tarixi yerində fəaliyyətə başlayana kimi nümayiş olunacaq. (azvision.az)

Загрузка...