Narkoloji Mərkəzin direktoru işdən çıxarıldı – YENİ TƏYİNAT

Manşet Sağlamlıq
Loading...

Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsindən azad edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Naziri Oqtay Şirəliyev əmr imzalayıb.

14.01.2020-ci il tarixli əmrə əsasən, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub. 

Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək, Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Загрузка...
Xəbərin olsun:  Cəbhədə baş verənlərlə bağlı daha bir RƏSMİ AÇIQLAMA