Namizəd Vüsal Rzazadə təxribata hazırlaşır?!

flash Manşet
Loading...

Seçki ilə bağlı namizədlər haqqında PR və qara PR davam edir- kim necə bacardı. Kimi insanlığı nəzərə alır, kimi isə, şərəfindən də keçir- yetər ki, sevmədiyi adama ləkə vursun, gözdən salsın! Indiki həssas məqamda 118 saylı Ağdam şəhər seçki dairəsindən “Ümid” partiyasının namizədi, saytımızın rəhbəri, hər kəsin sevimlisinə çevrilmiş Vüsal Səid Rzazadə haqqında da qara PR dayanmır. Gah “Pul atır” alçaq böhtanı ortaya atılır, gah icrada olan bir neçə işi qabardılır, gah “Təxribat hazırlayır” şayiəsi çatdırılır polisə, gah da Iqbal Ağazadənin yanında pula görə dayanır” iyrənc kampaniyası aparılır. Bununla bağlı onunla əlaqə saxlayıb, münasibət bildirməsini istədik. Vüsal müəllim fikrini belə bildirdi: ” “Mən jurnalistika ilə yanaşı, orta bizneslə məşğul oluram, gənc yaşlarımdan. Müflis olanda belə, bunu ictimaiyyətdən gizlətməmişəm. Buna səbəb olan şəxs və şəxslər də, başıma gətirdikləri oyunlar da, yaratdıqları süni borclar da hər kəsə- məni tanıyanlara bəllidir. Bunun qarşısında, eyni vaxta böyrəklərimin fəaliyyətinin dayanmasının qarşısında belə, sınmadım, mobil nömrəm 20 il əvvəldən işlətdiyim nömrədir. Açıq alınla həyatımı qaydaya salmaqla, iqtisadi vəziyyətimi düzəltməklə məşğulam. Balalarımın boğazından da haram tikə keçirməmişəm. Icrada bir neçə kiçik iş var. Onlar da xırda mülki məsələlərdir. Şişirirlər. Təxribatdan söhbət gedə bilməz. Mən demoratik, hüququ sevən şəxsəm. Seçkidə baş verən saxtakarlıqlarla isə, yalnız hüquqi müstəvidə mübarizə aparıram. MSK-ya şikayət olunub. Bununla bağlı Ağdam polisindən rəis müavini zəng etmişdi mənə. Guya, mənimlə bağlı kimsə, hansısa şayiə gəzdirirmiş. Başıma adamlar toplayıram, filan. Məsləhət gördüm ki, əsassız iddialara görə narahat olub, məni də narahat etməsinlər. O ki, qaldı I. Ağazadənin yanında pula görə olmağıma, həs kəs bilir ki, mən “Ümid” partiyasına görə Həmkarlar Ittiaqı Abşeron rayon komitəsinin sədrliyindən istefa verdim, H.Əliyev fondundan böyrəyimə görə olunacaq köməklikdən imtina elədim. Ümid və I. Ağazadə mənim əqidəmdir. Əqidəni pula görə daşımırlar. Bu fikri ortaya atan adam şərəfsizdir.

Загрузка...
Xəbərin olsun:  Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı