“Nəsimi İli” ilə bağlı əmr verildi

SON XƏBƏRLƏR təhsil
Loading...

“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

İdarədən Orman.Az -a verilən məlumata görə, müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planında “Nəsimi İli” çərçivəsində sinif təşkilat saatlarının, disput, “Dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulur.

Həmçinin İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, müsabiqələr keçiriləcək. İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bülleten, divar qəzetləri, fotostendlər və bukletlər hazırlanacaq.

Təhsil müəssisələrində İmadəddin Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgiyə baxış keçiriləcək, məktəb kitabxanalarında böyük şairin əsərlərinin oxusu və müzakirəsi aparılacaq.

Bundan əlavə, yuxarı sinif şagirdləri arasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ən yaxşı təqdimat müsabiqəsi”, təhsil işçilərinin elmi konfransı və “Şeir, incəsənət və mənəviyyat” festivalı təşkil olunacaq.

Загрузка...