Müsyö Jordan vəfat etdi – FOTOLAR

Hadisə incəsənət SON XƏBƏRLƏR
Loading...

Bu gün Moskvada Rusiyanın xalq artisti, aktyor, rejissor, ssenarist Sergey Yurski dünyasını dəyişib.Ötən il dekabrın sonunda aktyor ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilib. Lakin onun işlədiyi teatrdan aktyorun xəstəxanaya profilaktik müalicə üçün getdiyi bildirilmişdi. Aktyorun ölüm səbəbi açıqlanmır. 

Qeyd edək ki, gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayıb və tezliklə də məşhurlaşıb. Sergey Yurskinin Azərbaycana da bağlılığı var. O, Azərbaycanda filmlərə çəkilib və sevilib. Xüsusilə onun “Dərviş Parisi partladır” filmində yaratdığı Müsyö Jordan obrazı bu günkü gündə də sevilə-sevilə izlənilir. 

Xəbərin olsun:  Azərbaycanda özünü mühafizə xidmətinin rəisi kimi təqdim edən şəxs həbs edildi

Bundan başqa aktyor “Şir evdən getdi” filmində ovçu, “Bir ailəlik bağ evi” filmində direktor, və “Qorxma, mən səninləyəm!” filmində pristav rollarını oynayıb. (azvision.az)

Загрузка...