Murad Boz və Seda Bakan bu tarixdə Bakıya gəlir – VİDEO

flash SON XƏBƏRLƏR şou-biznes
Loading...

“CinemaPlus” premium kinoteatrın təqdimatı ilə Türkiyənin tanınmış ulduzları Murat Boz və Seda Bakanın iştirakı ilə martın 13-də saat 19:30-da Elektra Events Hall-da “Öldür Beni Sevgilim” filminin gala gecəsi keçiriləcək.

Bu barədə Orman.Az-a “CinemaPlus”dan məlumat verilib.

Filmin rejissoru Şenol Sönmez. Rollarda Murat Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğludur.

Xəbərin olsun:  Azərbaycan ordusunun itkiləri açıqlandı - RƏSMİ

“Öldür beni sevgilim” filmi, bir-birini öldürməyə qərar verən cütlüyün hekayəsindən bəhs edir. Okan ilə Demət 5 ildir ki, evlidirlər, amma birlikdə keçirdikləri illərə rəğmən münasibətləri elə də yaxşı deyil. Onların sevgisi bir nağıl kimi başlayıb, böyük həyəcanla davam edib və xoşbəxt sonluqla – evliliklə bitmişdi. Amma müəyyən vaxtdan sonra, evlilik həyatını maraqsız görən cütlüyün arasındakı o coşğu sönməyə başlayır.

Xəbərin olsun:  “Prezident əmr verdi, bir neçə saata 7 kəndi aldıq”

Biletləri İticket-in satış mərkəzlərindən əldə edə bilərsiniz.

Film martın 14-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Загрузка...