Mübariz Mənsimovdan SOCAR barədə ŞOK AÇIQLAMA: “Rövnəq və qulbeçələri dövlətdən üstündür?” – FOTOFAKT

İqtisadiyyat Manşet SON XƏBƏRLƏR
Loading...

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov SOCAR barədə ciddi ittihamlar irəli sürüb.

Orman.Az xəbər verir ki, azərbaycanlı iş adamı bu barədə geniş açıqlama verib. Mübariz Mənsimovun bu barədə fikirlərini olduğu kimi təqdim edirik:”Bakıdan bir məmur zəng etdi ki, “qardaş, əla yazırsan, amma “like” qoya bilmirik. “like” edəni aparırlar. Amma bil ki, çox bəyənirik”. Dedim,qardaş, mən özümü bəyəndirmək üçün bunları yazmıram. Kim istəyir, bəyənsin, kim istəmirsə, yox. Anlamıram: mən dövlətdən, prezidentdən yazıram? Həmişə qeyd edirəm ki, dövlətimin yanındayam, ulu öndər Heydər Əliyevin sadiq əsgəriyəm! Dövlətə qarşı yazanlara səs çıxarmayıb, hətta əl altından dəstəkləyənlər öz adları çəkiləndə narahat olurlar. Məni siyasi oyunlara qatmayın! Əl çəkin millətdən! Göstərişlər verdirirsiniz ki, məni insanlar pisləsin? Yazıqlar…SOCAR-dan yazanda niyə çaxnaşma düşür? Saytlar dağıdılır, adamlar “Bandotdel”ə aparılır. Kimsiniz siz?! Rövnəq ya da qulbeçələri dövlətdən üstündür? Nə özbaşınalıq edirsiz? Türkiyədə mənasız, qazancı yalnız trollarınızın cibinə gedən TV açana qədər Azərbaycanda bir TV açıb, kasıb jurnalistləri işə alsaydınız, dünya dağılardı? Qoy, həmin jurnalistlər tapşırığınızla əleyhimə yazaydılar, ancaq iş sahibi olaydılar. Onsuz da sizdən xeyir gəlməz. Həqiqətən, dərin quyu qazansınız. Çox dərin quyular qazırsınız. Amma bir gün özünüz ora düşəcəksiz, darıxmayın. Abdullayevlər, qohumları, Anar Əliyev, Adnan Əhmədzadə! İllik qazanc, sərvət və var-dövlətiniz satılsa, hər ay xalqın 1 illik qaz və elektrik pulunu ödəmək olar. Bəsdir dövlətdən oğurlayıb, xalqın cibinə girdiniz! Bir vaxtlar ortaq olduğum, oğru olduğunuzu gördükdən sonra ortaqlıqdan çıxdığım “SOCAR Trading”dəki oyunlarınızdan yazsam, bu dünyada özünüzə yer tapa bilməzsiz. Vaxtilə qapımda gözləyən Anar Əliyev indi lovğanaraq deyir ki, “SOCAR Trading”i elə qurdum, belə qurdum. Mənim əlaqələrim olmasaydı, yerinizdən tərpənə bilməzdiniz. Dövlətin etimadından sui-istifadə edib, xalqımın sərvəti ilə özünüzə səltənət qurmusunuz.Elə həmin Adnan Əhmədzadə, bütün dünya sizin sərvətlərinizdən danışır. Maşın, şirkət, mülklərinizdən.Son 4 ildən bəri “Palmali”ni məhv etməyə çalışırsız. Alınmayacaq! Amma sizə bir təşəkkür borcum var. Sayənizdə satın aldığınız içimizdəki xainlər, çaqqallar ifşa olundu. Yaxşı ki,onlarla yollarımızı ayırdıq. İndi biz sarsılmaz qalayıq. Siz çox sərt qayaya rast gəlmisiniz. Bir daha deyirəm: qorxmayın! Titrəy”

Загрузка...