Mübariz Mənsimov təqaüd verəcəyi tələbələrlə şəkillərini paylaşdı: “Hər biriniz böyük Azərbaycansınız” – FOTOLAR

Manşet Məlumat SON XƏBƏRLƏR təhsil
Loading...

Bir müddət əvvəl xəbər veridyimiz kimi “Palmali” şirkəti Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verəcəyini açıqlamışdı.

Orman.Az xəbər verir ki, şirkətin rəhbəri Mübariz Mənsimov həmin tələblərlə görüşüb. O, tələbələr haqqında fikirlərini belə ifadə edib: “Azərbaycanın fərqli guşələrindən olan, gələcəyin başarılı insanları. Təqaüd almaq haqqı qazanan perspektivli tələbələrimiz.
Ruhumuzu, məkanımızı aydınlatdınız… Sizinlə keçirtdiyimiz anlar ömrümüzün ən rəngli saatları idi… İnanıram ki, bundan sonra uzun müddət bərabər addımlayacaq, birlikdə yürüyəcəyik…

Azərbaycanlı iş adamı tələbələri dünyanın harasında yaşamasından, işləməsindən asıllı olmayaraq, daim Azərbaycanı düşünməyə sələyib:

“Biz dünyanın harasında olmağımızdan asılı olmayayaraq, azərbaycanlı olmağımızı unutmamalıyıq. Biz mühəndis, həkim, müəllim, iş adamı olaraq, xaricdə Azərbaycanı təmsil edirik. Azərbaycan adını uca tutmaq ən ümdə vəzifəmiz olmalıdır. Azərbaycan ərazi baxımından kiçik ola bilər. Əsrlərlə işğallara məruz qalındığımız üçün Böyük Azərbaycandan bizə qalan hazırki torpaqlarımızdır. Ancaq sizin hər biriniz Böyük Azərbaycansınız, bu böyük torpağın parçalarısınız. Siz tarihimizi,mədəniyyətimizi, intellektimizi, ölkəmizi xaricdə təmsil etməli, Xəzər sahilindəki kiçik ölkəni Böyük Azərbaycan olaraq, dünyaya təqdim etməlisiniz!..
Müvəffəqiyyətləriniz daimi olsun… İnşallah”.

Qeyd edək ki, şirkət ilin əvvəlində aşağıdakı kateqoriyaya aid 100 tələbənin illik təqaüdünü qarşılayacağını açıqlamışdı:

– Bir öncəki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlar;
– Şəhid ailəsi üzvü olanlar;
– Qarabağ müharibəsi qazilərinin yaxınları;
– Ağır maddi durumda olan ailələrin övladları.

Mübariz Mənsimovun tələbələrlə görüşdən paylaşdığı fotoları təqdim edirik:

Загрузка...