Milyarder məzunu universitetə 100 milyon funt-sterlinq bağışladı

Məlumat
Loading...

Kembric Universiteti milyarder məzunundan rekord məbləğdə ianə alıb.

Kembric Universitetinin məzunu, britaniyalı milyarder Devid Hardinq doğma təhsil müəssisəsinə rekord məbləğdə – 100 milyon funt-sterlinq ianə köçürüb.

Həmin məbləğin 79 milyon funt-sterlinqi ən istedadlı tələbələrin təqaüd xərclərinin ödənilməsinə sərf olunacaq (bu vəsaitin 25 milyon funt sterlinqi Hardinqin təhsil aldığı “St Catherine`s College” kollecinin aspirantlarına veriləcək), qalan vəsait isə tələbələrə dəstək fəaliyyətlərinə sərf olunacaq.

Qeyd edək ki, Kembric universitetində təbiət elmləri üzrə təhsil alan Devid Hardinq investisiyaların idarə olunması üzrə “Winton” kompaniyasının yaradıcısı və rəhbəridir. O və həyat yoldaşı Böyük Britaniyada və dünyanın digər ölkələrində fəaliyyət göstərən elmi institutların dəstəklənməsinə yönələn filantrop fəaliyyətləri ilə məşhurdur.(AZƏRTAC)

Загрузка...