Millimizin üzvü koronavirus səbəbindən karantinə alındı

İdman Manşet
Loading...

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Ertsgebirge” klubunun oyunçuları və əməkdaşları karantinə alınıblar.
“Report” II Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna analiz zamanı komanda üzvlərindən birində xəstəliyin simptomlarının aşkarlanması səbəb olub. Həmin şəxsin adı açıqlanmayıb.
“Ertsgebirge”nin üzvləri mayın 7-dək evlərində karantində olacaqlar.
Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə dəvət alan Dmitri Nazarov “Ertsgebirge”nin formasını 2016-cı ildən geyinir

Загрузка...
Xəbərin olsun:  Prezident icra başçısına iradını bildirdi