Milli Onkologiya Mərkəzi bağlanıb? – RƏSMİ AÇIQLAMA

Manşet
Loading...

“Milli Onkologiya Mərkəzinin bağlanmasına dair yayılan məlumatlar əsassızdır”. 

 Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli mərkəzin bağlanmasına dair yayılan xəbərlərə münasibət bildirərkən deyib. 

O bildirib ki, insanlara yalan informasiya verib, təlaşdırmaq lazım deyil:

“Bu məlumatları kim və hansı məqsədlə yayır, başa düşə bilmirəm. Milli Onkologiya Mərkəzində həkim kollektivi hər zamankı qaydada işlərinə davam edir. Ötən gün Nazirlər Kabineti COVID-19 təhlükəsi ilə bağlı ölkə ərazisində  aylıq xüsusi rejimin tətbiqi ilə bağlı qərar qəbul edib. Tək biz yox, bütün tibb müəssisələrində qərara uyğun olaraq müvafiq tədbirlər görülür. 

Xəbərin olsun:  Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

Mərkəzdə xəstələr evə buraxılmayıb. Müalicələrini mərkəzdə davam etdirirlər. Sadəcə olaraq, xəstə ziyarətini məhdudlaşdırmışıq. Bu, bizim yox, Nazirlər Kabinetinin qərarıdır”.Oxu.Az

Загрузка...