Milli Məclis öz qərarını ləğv etdi

Manşet təhsil
Loading...

Məlum olduğu kimi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib və bu bu məqsəd ilə büdcədən 40 milyon manat ayrılıb. Bu da ölkədə kifayət qədər şəxsə, azı 20 min tələbənin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini əhatə edəcək.

Bəs hazırda pandemiyadan sonra maddi imkanında problemlər yaranan, hazırda təhsil haqqlarını ödəməkdə sıxıntı yaşayan tələbələrə ali təhsil ocaqları hansı güzəştləri edəcək?

Bakı Ali Neft Məktəbinin mətbuat katibi Zamirə Adilova Metbuat.az-a özəl müsahibəsində bildirdi ki, onlar tələbələrə sentyabradək möhlət hüququ veriblər:

“Nazirlər Kabineti tərəfindən təsdiq edilən tədbirlər planına əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub.

Bakı Ali Neft Məktəbinin bu koteqoriyaya uyğun olan tələbələri sözügedən kompensasiyadan yararlanacaq. Bundan əlavə, Bakı Ali Neft Məktəbi ödənişli əsaslarla təhsil alan digər tələbələrinə də təhsil haqqlarını ödəmək üçün sentyabradək möhlət hüququ verib.”

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin müdiri Cavid Zeynallı Metbuat.az-a müsahibəsində bildirdi ki, mövcud vəziyyətlə bağlı tələbələr təhsil haqqını ödəməyə məcbur edilmir:

“Bu, birmənalı olaraq belədir. Ümumiyyətlə, Azərbaycan Dillər Universitetinin rəhbərliyinin mövqeyi hər zaman ondan ibarət olub ki, tələbələr ödənişi müəyyən qısa zamanda ödəməyə məcbur edilməsin. Onlara hər zaman maksimum şərait yaradılıb, vaxt tanınıb. Bu, universitet rektorunun dekanlara birbaşa tapşırığıdır. Tələbəni təhsil haqqından azad etmək isə bizim səlahiyyətimiz daxilində deyil. Dövlətin müəyyən etdiyi kateqoriyaya düşənlər isə, əlbəttə, qanunla təhsil haqqı ödəməkdən azaddırlar.

Bundan əlavə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla hər zaman imkansız ailədən olan tələbələrə müəyyən sosial güzəştlərin edilməsinin təşəbbüskarı olub. Məsələn, hər il 8 martda universitetin qızlar yataqxanasında yaşayan tələbələr kirayə haqqından bir aylıq azad olunurlar. Koronovirus pandemiyası ilə bağlı tələbələr mart, aprel, may aylarında yataqxanada ödənişindən azad olundular. Eləcə də, əlamətdar günlərdə universitetin Tələbə Həmkarlar Təşkilatının xətti ilə müxtəlif köməklik, yardım olunur. Bilirsiniz ki, xüsusi karantinlə bağlı sosial həssas qrupa daxil olan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənəcək. Bu, bizim universitetdə də təmin ediləcək. Hazırda bu istiqamətdə iş aparılır”.

Xəbərin olsun:  DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA

Bakı Dövlət Universiteti də tələbələrə bu çətin vaxtlarda kömək edəcək. Belə ki, ali təhsil ocağının mətbuat katibi Günel İsgəndər müsahibəsində vurğuladı ki, bu məsələ universitetin diqqət mərkəzindədir:

“Hazırda sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı müraciətlər qəbul olunur. Digər güzəştlər isə Universitet Elmi Şurasının qərarından sonra bilinəcək”.

Tələbələrin təhsil haqqlarının ödənilməsində onlara kömək edəcək universitetlər siyahısında Bakı Slayvan Universiteti də var. Ali təhsil ocağının mətbuat katibi Mənsur İbrahimov Metbuat.az-a bildirdi ki, Slavyan Universitetində mövcud qanunvericiliyə əsasən, təhsil haqqının ödənilməsi üçün güzəşt nəzərdə tutulan tələbələrə güzəşt tətbiq edilir:

“Diqqətinizə çatdırmaq istəyirəm ki, əhalinin sosial baxımdan həssas qrupuna aid edilən ailələrin övladlarına pandemiyadan əvvəl də universitet rəhbərliyi tərəfindən güzəşt edilirdi. Belə ki, bu təbəqədən olan tələbələrə təhsil haqqını tədris ili ərzində hissə-hissə ödəməyə şərait yaradılırdı və bu güzəşt hazırda da tətbiq edilir. Qanunvericilikdə təhsil haqqının ödənilməsi üçün güzəşt nəzərdə tutulmayan tələbələr isə təhsil haqqını ödəməlidirlər

Mövzuya münasibətdə təhsil ekspertlərinin də fikirlərini öyrəndik. Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, mövcud vəziyyət ilə bağlı tələbələrə güzəştlər edilməlidir:

”Onlar avqust-sentyabr aylarında icmal dərslərdə iştirak edərək sentyabrda imtahan verəcəklər. Bu halda onlar təhsil haqqlarını artıq sentyabr ayında ödəməlidirlər.”

Xəbərin olsun:  İcazələrinizi belə aktivləşdirə bilərsiniz - VİDEO

Hal-hazırda 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbənin 60 faizi ödənişli əsaslarla təhsil alır və onların böyük əksəriyyəti qış sessiyasında iştirak etmək üçün təhsil haqlarının qalan hissəsini ödəyiblər. Ali və orta ixtisas təhsili müəssisələrində dərslər olmasa da tələbələr öncədən təhsil haqqını ödəyiblər.

Bəs ödənmiş təhsil haqqları geri qayıtmalıdırmı? Təhsil eksperti Kamran Əsədov Metbuat.az-a müsahibəsində bildirdi ki, tələbələrin dərs keçirilmədiyi üçün təhsil haqları və ya onun müəyyən hissəsi geri qayıtmalıdır:

”Qərarda deyilir ki, həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu o deməkdir ki, hətta həmən kateqoriyaya aid olan şəxslər təhsil haqqını ödəyibsə, onların da təhsil haqları ödəniləcək. Deməli, ailələri – ünvanlı dövlət sosial yardımı alanlar;

– hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

– I və II dərəcə əlilliyi olan şəxslər;

– işsiz kimi qeydiyyatda olanlar;

– yaşa görə əmək pensiyaçıları;

– yaşa görə sosial müavinət alanlar.

”Ekspert bildirdi ki, bu kateoriyaya aid olan tələbələr təhsil haqlarını ödəyiblərsə, onların ödədikləri təhsil haqları geri qaytarılacaq. Bu həm indi dvam edən ikinci semestrə, həmdə 15 sentyabrdan başlayacaq semestrə şamil olunur. Bundan başqa, ikinci semestr ərzində tam dərs keçirilmədiyi üçün bu kateqoriyalara aid olmayan tələbələrin təhsil haqları da geri qaytarılmalı, yada növbəti semestrlərdə güzəştlər tətbiq edilməlidir.”

Tələbələri maraqlandıran suallardan biri olan keçirilməyən dərslərə görə ödəniş edilməsi məsələsinə Təhsil nazirinin müşaviri Elnur Məmmədovmünasibət bildirərək deyib ki, dərs keçirilməyən müddət üçün təhsil haqqının ödənilməsi ali təhsil ocaqları ilə tələbə arasında imzalanmış təhsil xidmətinin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq tənzimlənir.

Загрузка...