Milli Məclisə dəyən zərərin məbləği açıqlandı

Manşet
Loading...

Ötən gün axşam Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurub.

Orman.az xəbər verir ki, dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 azn məbləğində maddi ziyan dəyib.

Xəbərin olsun:  Türkiyənin müdafiə naziri və Baş qərargah rəisi Azərbaycana gəlir

Azərbaycan Respublikası Milli Məclisi olaraq Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik.

Загрузка...