Milli Konservatoriyada UNESKO klubunun təqdimatı olub

Mədəniyyət
Loading...

Azərbaycan UNESKO klubları şəbəkəsi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə fevralın 20-də Konservatoriyada UNESKO klubunun təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycan UNESKO klublarının koordinatoru Cahangir Hacıyev, eyni zamanda təhsil ocağının müəllim və tələbələri iştirak ediblər.

Rektor Siyavuş Kərimi Azərbaycan-UNESKO münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın misilsiz xidmətlərini vurğulayıb. O, klubların Azərbaycanın UNESKO ilə əməkdaşlığına əlavə töhfə verəcəyinə əminliyini bildirib. Qeyd edib ki, çox sevindirici haldır mədəniyyət müəssisələri içərisində ilk UNESKO klubu Milli Konservatoriyada yaradılıb.

Xəbərin olsun:  Tanınmış bakılı yazıçı Moskvada vəfat edib

Tədbirdə Milli Komissiyanın baş katibi Elnur Sultanov iştirakçıları Xarici işlər naziri Elmar Məmmədyarov adından salamlayaraq UNESKO klublarının yaradılmasının əhəmiyyətindən söhbət açıb. E.Sultanov Milli Komissiyanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə müvafiq Sərəncamı ilə yaradıldığını qeyd edərək, Komissiyanın fəaliyyəti barədə danışıb. O, Azərbaycan və UNESKO arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ölkəmizdə UNESKO klublarının yaradılmasının Azərbaycan-UNESKO əlaqələrində yeni səhifə olduğunu qeyd edən E.Sultanov hazırda 100-dən çox ölkədə 4 mindən çox klubun fəaliyyət göstərdiyini söyləyib. Vurğulayıb ki, klublar könüllü qruplarla idarə olunur və UNESKO təşkilatının əqidəsi, məramları və vəzifələri barədə əhalinin geniş məlumatlandırılması, onun həyata keçirdiyi tədbir və layihələrə qoşulması, həmçinin dünya üzrə yüzlərlə UNESKO klubları ilə mübadilə yaratmaq məqsədlərini güdür.

Xəbərin olsun:  Tanınmış bakılı yazıçı Moskvada vəfat edib

Qeyd edib ki, ötən ildə ölkəmizin bir sıra təhsil müəssisələrində – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Avropa Liseyində və 20 saylı ümumtəhsil məktəbində UNESKO klubları yaradılıb.

Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli UNESKO-nun gənclər mövzusuna önəm verdiyini vurğulayıb, ölkəmizdə həyata keçirilən təhsil siyasətindən bəhs edib, Azərbaycan-UNESKO klublarının fəaliyyətinə uğurlar arzulayıb.

Azərbaycan-UNESKO klublarının koordinatoru Cahangir Hacıyev təqdimatla çıxış edərək, klubların yaranması haqqında tədbir iştirakçılarına məlumat verib və onların fəaliyyət istiqamətləri barədə danışıb.

Загрузка...