Mikayıl Cabbarov ilk dəfə general-leytenant formasında – FOTO

SON XƏBƏRLƏR Sosial
Loading...

Bu gün Vergilər Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib. 

Orman.Az Azvision.az-a istinadən xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarov ilk dəfə general-leytenant rütbəsi ilə xüsusi geyimdə görünüb.Məlumat üçün bildirək ki, fevralın 9-da Prezident İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, I dərəcəli dövlət vergi xidməti müşaviri general-polkovnik, II dərəcəli dövlət vergi xidməti müşaviri general-leytenant, III dərəcəli dövlət vergi xidməti müşaviri isə general-mayor rütbəsini daşıyır.

Bundan öncə isə 2018-ci ilin oktyabr ayının 10-da Mikayıl Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilmişdi. 

Загрузка...