Metroda gənc oğlan özünü qatar yoluna atdı — FOTO

Hadisə Manşet
Loading...

Bu gün saat 14: 12 radələrində metronun “20 Yanvar” stansiyasında bir nəfər özünü qatar yoluna atıb.

“Ölkə.Az”ın məlumatına görə, maşinist dərhal qatarı dayandırıb. Kimliyi məlum olmayan gənc oğlan qatar yolundan çıxarılaraq, hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az -a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, hadisə zamanı həmin şəxs xəsarət almayıb. Onun intihar məqsədilə özünü qatar yoluna atdığı dəqiq bilinmir.

Xəbərin olsun:  Bakıda idman zalında - Cinayət

Hazırda faktla bağlı araşdırma aparılır.

Загрузка...