Metro sərnişinlərinə şad xəbər- BU TARİXDƏ…

Manşet Məlumat
Loading...

Bakı Metropoliteninin tikilməkdə olan “B3” stansiyasında avadanlıqların quraşdırılmasına başlanıb.

Metbuat.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda stansiyanın platformasında mərmər döşənməsinə başlanılıb:

“Tikintinin əsas mərhələsi başa çatıb. Yolun tikintisi tam yekunlaşıb. Artıq stansiyanın eskalatorları quraşdırılır. Bu mərhələ də başa çatmaq üzrədir. 17 eskalatordan ibarət stansiya 3 səviyyədən (mərtəbədən) ibarət olacaq. İşlər qaydasında gedərsə, bu il stansiya sərnişinlərin istifadəsinə veriləcək”.

Xəbərin olsun:  Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlandı

Загрузка...