Mehriban Əliyeva Gürcüstan prezidenti ilə görüşdü

Manşet Siyasət SON XƏBƏRLƏR
Loading...

Fevralın 27-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Orman.Az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilini Azərbaycanda görməkdən məmnunluğunu bildirən Birinci-vitse prezident Mehriban Əliyeva bu səfərin dost ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycana səfərindən şad olduğunu deyən Prezident Salome Zurabişvili burada keçirilən görüşlərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

Загрузка...