“Kişiyəm, başına oyun açaram” – Canlı yayımda dava

“11 yaşımda bir əsər oxudum, indiyənə kimi də sevilir. Üç-dörd filmdə çəkilmişəm. Oxuduğum da Qızıl fonddadır. İndiyənə kimi də yazıb-yaradıram. Ona heç xanım da demirəm, o söz ona düşmür – İlahə Fəda. Xalq üçün bunları etmişəm, sən nə etmisən?”. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu ARB TV-də yayımlanan “Ona qalsa” proqramında deyib. İfaçı həmkarı İlahə Fədanın onun […]

Ardını oxu

“Adagio” növbəti dəfə səhnədə

Azərbaycan Dövlət Pantomima Teatrı repertuarında maraqlı tamaşalardan olan “Adagio”nu növbəti dəfə təqdim edib. Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı və musiqi tərtibatçısı Əməkdar artist Nargilə Qəribovadır. Rəqslərinin quruluşu Elnur İsmayılova məxsus olan tamaşada müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə əsərində qadın-kişi münasibəti, kişilərin qadınlara […]

Ardını oxu

Görkəmli müğənni Rəşid Behbudovun xatirə gecəsi keçirilib

Görkəmli müğənni, Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, sənətkarın adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunan tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də biznes nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev və digərləri görkəmli müğənninin yaradıcılığı haqqında danışıblar. Bildirilib ki, milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının […]

Ardını oxu

“Artım”da Fransa istehsalı olan film nümayiş olunacaq

Yanvarın 31-də “Artım” layihə məkanında davam edən “Empirik zaman” rezidensiya sərgisi çərçivəsində “La Jetée” (Uçuş zolağı) filmi nümayiş olunacaq. AZƏRTAC xəbər verir ki, ekran əsəri, məşhur sənədli film rejissoru və film-esse janrının təsisçisi fransız rejissor Kris Marker tərəfindən 1962-ci ildə çəkilib. Xronometrajı 28 dəqiqə olan film Azərbaycan və ingilis dillərində subtitrlərlə göstəriləcək. Ekran əsərinin izlənilməsində hər kəs iştirak edə bilər.

Ardını oxu

“Ərimin nişan üzüyünü də satdım” – Elnarə

“İnsan bəxti təmtəraqlı toyda, üzükdə, güzgüdə deyil. İnsan özü-özünü idarə edir”. Axşam.az  bildirir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “Şou ATV” verilişində deyib. Sənətçi illər əvvəl başına gələn hadisədən danışıb. O bildirib ki, iflas olub və hər şeyini satıb: “Toylara çox baha qiymətə gedirdim. Tar-kamanla işləyirdim. Yaxşı imkanım var idi. Həmin imkanın, xoşbəxtliyin qabağında qəribə sınaq oldu. Gedib kiminsə cibinə […]

Ardını oxu

Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, görkəmli bəstəkar və ifaçı Polad Bülbüloğlunun 75 illik yubileyi ərəfəsində yanvarın 22-də Moskvada “Dostlar məclisi” (“Вечер для друзей”) adlı konsert olub. AZƏRTAC xəbər verir ki, Moskva Myuzikl Teatrında baş tutan gecəni yubilyar ənənəvi olaraq “Bakı” mahnısı ilə açıb. Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi altında Dövlət Simfonik Kinematoqrafiya Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun milyonların sevə-sevə dinləndiyi […]

Ardını oxu

Xalq artisti: Əgər nə vaxtsa kökəlsəm, mən də digərləri kimi əməliyyat olunaram – ÖZƏL

Formam çox gözəldir. Bu mənim qəlbimin içinin gözəlliyidir ki, xaricimə vurub. Bədən, forma gəldi-gedərdir. Əsas nurum getməsin. Bu sözləri Xalq artisti Mələykə Əsədova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib. İdeal və fit bədən quruluşu ilə diqqət çəkən aktrisa heç bir gözəllik sirrinin olmadığını bildirib: “Boyum 1.70 sm-dir. Çəkimdə hansısa artım olanda belə hiss olunmur. Mənim gözəllik sirrim yoxdur. Allaha çox bağlıyam. Dedi-qodudan uzaq olanda üzdən […]

Ardını oxu

“Mədəniyyət.AZ” jurnalı oxuculara son borcunu da ödəyib

Jurnal 2019-cu il üçün son nömrəsi ilə oxuculara olan son borcunu da ödəmiş olur. AZƏRTAC xəbər verir ki, il ərzində “Mədəniyyət.AZ” jurnalının səhifələrində ölkənin demək olar ki, bütün mədəniyyət hadisələri öz əksini tapıb, yubileylər, bədii və sənədli filmlər, maraqlı teatr hadisələri, festivallar, nəfis elmi və bədii nəşrlər, mədəni irsimizlə bağlı bütün əhəmiyyətli layihələr, beynəlxalq aləmdə ölkənin qazandığı uğurlar və dövlətin reallaşdırdığı […]

Ardını oxu

Musiqili Teatr “999-cu gecə”ni növbəti dəfə repertuara salıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası növbəti dəfə fevralın 1-də teatrsevərlərin ixtiyarına veriləcək. Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir. Tamaşada əsas rolları Əməkdar artist […]

Ardını oxu

Şəhidlərə həsr olunan mahnılar – Videolar

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin otuzuncu ildönümüdür. Axşam.az yerli müğənnilərin vətənpərvərlik və şəhidlər mövzusunda oxuduğu yaddaqalan mahnıları təqdim edir. Başkal və Azərin – “Ah Qarabağ” Mübariz Tağıyev – “Ulu torpaq” Aygün Kazımova – “Şəhidlər” Tunar – “Amin” Elvin Abdullayev – “Şəhidlik Zirvəsi” Şəmistan Əlizamanlı – “Şəhidlər xiyabanı” Çingiz Mustafayev – “Ana, mən şəhid oldum” Flora Kərimova – “Şəhidlər” Tünzalə […]

Ardını oxu

Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb

Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan ruzigarı” proqramının 19 yanvarda efirə gedən verilişi 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub. Veriliş “Azərbaycan Diasporuna Dəstək Fondu”nun dəstəyi ilə hazırlanıb. AZƏRTAC xəbər verir ki, Türkiyədə milli rəqslərimizi ifa edən həmyerlimiz Səidə Ömərin müəllifi və aparıcısı olduğu verilişə “CanAzərbaycan” media şirkətinin qurucusu və rəhbəri, jurnalist Namık Kemal Yıldırım və İstanbul Universitetinin professoru, tarixçi […]

Ardını oxu

“Onu içimdə sevirəm” – Gülay ‘

“Həyatda özümü ən çox günahlandırdığım amil odur ki, istədiyim qədər qızıma vaxt ayıra bilmirəm. Amma təsəllim odur ki, uşağımın gələcəyi üçün çalışıram”. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı “Ona qalsa” verilişində deyib. Qızı Sahilə ilə bağlı sualları cavablandıran sənətçi ona az vaxt ayırdığını etiraf edib. İfaçı həyat yoldaşı, idmançı Kamil Zeynallının qızına daha çox vaxt ayırdığını bildirib: “Sevinirəm ki, […]

Ardını oxu

Kamilə Babayeva da AzTV-yə gəldi

Aparıcı Kamilə Babayeva da efirə qayıdır. Axşam.az xəbər verir ki, proqram “Görüş yeri” adlanır. Layihə AzTV-də yayımlanacaq. Proqramın tanıtım çarxı da təqdim olunub. K.Babayeva verilişin efirə gedəcəyi tarixin hələ dəqiqləşdirilmədiyini bildirib. Qeyd edək ki, Kamilə sonuncu dəfə ATV-də “5-ci element” verilişində aparıcılıq edib. 

Ardını oxu

“Quş dili” yenidən nümayiş edilib

Azərbaycan “Yuğ” Dövlət Teatrının repertuarında yeni tamaşalardan sayılan “Quş dili” tamaşası növbəti dəfə təqdim olunub. AZƏRTAC xəbər verir ki, tamaşanın müəllifi – rejissor Əbdülqəni Əliyev, mətnin müəllifi -Təranə Vahiddir. Səhnə əsərində Əməkdar artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və Ləman Novruzova iştirak ediblər. Əsərdə cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir […]

Ardını oxu

Azərbaycan turizmini dünyada tanıdan jurnalın təqdimatı olub

Yanvarın 14-də “Landmark”da Azərbaycan Turizm Bürosu tərəfindən nəşr edilən “Experience Azerbaijan” jurnalının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid jurnalın ölkəmizin turizm potensialının dünyada tanıdılması istiqamətində əhəmiyyətdən danışıb: “Yeni layihələr marketinqdə turizm təchizatçılıq işinin ən mühüm hissəsini tutur. Bu il biz Turizm Bürosunun Ukrayna, Qazaxıstan, Cənubi Koreya Respublikası və Yaponiyada yeni nümayəndəliklərini […]

Ardını oxu

Yaponiyada Azərbaycan mahnılarının ifaçısı kimi tanınmış Kyoko Yamamota “Japan Jaz Vocal” mükafatına layiq görülüb

Yaponiyada, həm də Azərbaycan mahnılarının ifaçısı kimi tanınmış xanım Kyoko Yamamota “Japan Jaz Vocal” mükafatına layiq görülüb. AZƏRTAC xəbər verir ki, mükafatın təqdim edilməsi mərasimində Yaponiyanın tanınmış caz musiqisi ifaçıları və sənətsevərlərlə yanaşı, Azərbaycanın Yaponiyadakı Səfirliyinin əməkdaşları, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin üzvləri də iştirak ediblər. Bildirilib ki, “Japan Jaz Vocal” mükafatı “Jazz World” qəzeti tərəfindən Yaponiyada caz sənətinin inkişafı məqsədilə 1985-ci ildə […]

Ardını oxu

Yeni il gecəsi Pərvinlə olan modeldən intihar mesajı

Aktrisa Pərvin Abıyevanın sevgilisi – keçmiş polis-leytenantı Murad Abdullayevin qardaşı Cavid Abdullayevin dünyasını dəyişməsi hadisəsi ilə gündəmə gələn model Səmra Hüseynova paylaşımları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Səmra baş verən olaydan sonra İnstaqram hesabını bağlayıb. Bir neçə gündür isə o, profilini açıq edərək depressiv paylaşımlar etməyə başlayıb.  “Tez-tez kömək etmək istəyib, amma bacarmamaqdan yoruldum. Məni izləyən qara kölgədən bezdim. Amma hər şeydən çox acıdan […]

Ardını oxu

“Elton qazanır, mən tikirəm”

Müğənni Elton Hüseynəliyev bir müddət əvvəl Türkiyəyə köçəcəyi haqda açıqlama versə də, sənətçi hələ də Bakıdadır. Axşam.az-a danışan sənətçinin xanımı, prodüser Tamilla Hüseynəliyeva (Toma) bildirib ki, onlar İstanbulda ev alıblar. Bununla belə, qardaş ölkəyə birdəfəlik köçmək fikirləri yoxdur: “Evimiz yeni tikilən binadadır. Hava limanından şəhərə gedən yolun üstündə yerləşir. Üç otaqdır. Hələ gedib görməmişəm. Evimiz hazır olsa da, İstanbula birdəfəlik […]

Ardını oxu

Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb

Xalq artisti Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl aktrisanın çalışdığı Akademik Musiqili Teatrda baş verib. Aktrisa liftə daxil olan zaman əlini səhvən liftin yanındakı pilləkənin tutacağına atıb. O, 5-ci mərtəbədən 4-cü mərtəbəyə doğru yuvarlanıb. Hadisə nəticəsində sənətkar bərk xəsarət alıb, bir neçə nahiyədən əzilib. Xəstəxanaya çatdırılan Xalq artisti hazırda ev […]

Ardını oxu

AZƏRTAC-ın fotomüxbiri beynəlxalq festivalda qızıl medala layiq görülüb

Nepalda keçirilmiş beynəlxalq fotofestivalda AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov “1ST NEPAL PHOTO FESTIVAL – 2019” qızıl medalına layiq görülüb. Müəllifə uğur gətirən “Emosiyalar” adlı fotoşəkil 2016-cı ildə Braziliyada keçirilmiş Paralimpiya Oyunlarında çəkilib. AZƏRTAC xəbər verir ki, həmin fotoşəkildə paralimpiyaçı üzgüçü qızların fəxri kürsüdə dayandığı an qeydə alınıb. Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) himayəsi altında keçirilən fotofestivala dünyanın 37 ölkəsindən 150-dən çox müəllifin işləri […]

Ardını oxu

“Yanmış meyit, qaçan sevgili qudalar – əsəblərim dözmür”

“Pessimist insan deyiləm, amma… 2020-ci il daxil olandan Avstraliyada yanğınlar, orada məhv olan canlılar, bitkilər…”. Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə yazıb. Müğənni son günlər baş verən hadisələrlə bağlı fikirlərini bölüşüb. Məmmədova bildirib ki, bu hadisələr onu depressiyaya salır: “Amerikanın İrana zərbəsi, öz vətənimizdə bir-birinə qoşulub qaçan sevgili qudalar… Sonda da dünən noyabrdan bəri itkin düşən […]

Ardını oxu

“Aidiyyatı orqanlara…” – Məşhurlarımız bu dəfə Nərmin üçün ayağa qalxdı, göz yaşı tökdü

Xəbər verdiyimiz kimi, ötən il Tovuzda itkin düşən azyaşlı qızın yanmış meyiti tapılıb. Noyabrın 20-də itkin düşən rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti dünən axşam saatlarında Dondar Quşçu kəndi ərazisində yanmış vəziyyətdə tapılıb.  “Yeni Sabah” xəbər verir ki, azərbaycanlı məşhurlar da bu dəhşətli hadisəyə səssiz qalmayıb. Ötən ildən bəri Nərminin axtarışında olan teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə paylaşım […]

Ardını oxu

“Qarabağnamə” 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə nümayiş ediləcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “Qarabağnamə” tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xalq Yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Yanvarın 18-də nümayiş ediləcək tamaşada rolları Xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Sabir Məmmədov, Səidə Quliyeva, Hacı […]

Ardını oxu

Humay: “Niyə hələ də tək olduğumu bilmirəm”

Hər bir gözəl xanım kimi mən də evlilik təklifləri alıram. Bunu Oxu.Az-a tarzən Humay Qədimova deyib.  “Bir dəfə ad günümdə maqazin verilşlərindən birində barmağımda üzük gördülər. Amma o üzüyün heç bir mənası yox idi. Məndən xahiş etdilər ki, o üzük məsələsini qalmaqal etsinlər. Yalnız o zaman elə bir söhbət olub”,-deyə H.Qədimova əlavə edib. Onun sözlərinə görə, şəxsi həyatı və həyatında kiminsə […]

Ardını oxu