Maklerlər, yoxsa “alkaş”lar bağı? – Metronun çıxışından biabırçı görüntülər – VİDEO

İctimai Manşet Məlumat SON XƏBƏRLƏR
Loading...

Nizami rayonunda yerləşən, “Maklerlər bağı” kimi tanınan parkdan xoşagəlməz görüntülər yayılıb.

Orman.Az xəbər verir ki, günorta saatlarında “Neftçilər” metrostansiyanın çıxışında yerləşən parkda sərxoş şəxslərin skamya üzərində yatdığı, sahibsiz itlərin gəzişdiyi görünür. Saytımıza daxil olan məlumatda qeyd olunur ki, Nizami rayonunun mərkəzi hissələrindən olan bu parkda hər gün eyni mənzərə ilə rastlaşmaq olur. Əksər sərxoş şəxslər bu parka gələrək dalaşır, söyüş söyür, “bomj”lar buradakı skamyalarda saatlarla yatırlar.

Gün ərzində bu parkdan keçməli olan normal vətəndaşlar çalışıb yollarını başqa ünvanlardan salır, dövlət tərəfindən vətəndaşların istirahəti üçün yaradılan park beləcə sərxoş və mənəvi qüsurlu inanların öhdəsində qalır.

Ümid edirik ki, aidiyyatı orqanlar tezliklə məsələ ilə yaxından maraqlanacaq, ərazidə əsl parka şəraitinin qorunmasına nail olacaqlar.

Görüntüləri təqdim edirik:

Загрузка...