“Məzahir Pənahovun bircə dəfə demokratlığı tutdu…”

Manşet Siyasət
Loading...

“Yeni Müsavat” qəzetinin rəhbəri Rauf Arifoğlu namizəd olduğu dairənin nəticələrinin ləğvi ilə bağlı daha bir status yazıb.

“Qafqazinfo” xəbər verir ki, R. Arifoğlu bildirib ki, ən azı 35 dairəni ləğv eləmək lazımdır:

Məlum səbəbdən, digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb, təhlil edirəm. Belə anladım ki, seçki adına əsl yarış, seçki günü ən düzgün prosedurlar 35 saylı dairədə gedibmiş (təbii, daha başqaları da var)…Sadəcə, Məzahir Pənahovu və hakimiyyəti sosial media “atmosferə” saldı. Bizim dairəni qurban verib, bütövlükdə seçkini xilas etməyə cəhd göstərdilər. Amma üzə çıxan yeni – yeni videolar göstərir ki, 35-ci Xətai 3-cü seçki dairəsini qaytarıb, ən azı, 35 dairəni ləğv eləmək lazımdır.

Xəbərin olsun:  Koronavirus ilə bağlı son vəziyyət açıqlandı - 9 NƏFƏR DƏ VƏFAT EDİB

Məzahir Pənahovun ömrü boyu bircə dəfə demokratlığı tutdu, o da bizim dairənin başında çatladı. “Sosial şəbəkə göstərer, yazmağa, sənədlərə baxmağa gərək qalmer…”, dedi…

İkinci dəfəmizdə bunu Feysə baxmağa qoymamaq lazımdır.

Hər şey Feysdəki kimi olsaydı, dünən MSK -nın qarşısında 35-40 min “like” olmalı idi.

Cəmi 35-40 idilər…”

Загрузка...